İstanbulun Eminönü səmtindəki tarixi binada yerləşən Türkiyə İş Bankı Muzeyi fəaliyyətinin 19-cu ilini qeyd edir.
Kulis.az xəbər verir ki, muzey 2007-ci ildən bəri 3,5 milyondan çox ziyarətçi qəbul edib.
Bankın bir əsrlik tarixini Türkiyənin iqtisadi inkişafı ilə paralel şəkildə əks etdirən sərgidə İzmir İqtisadiyyat Konqresinə aid ilk dəfə nümayiş olunan fotolar, sənədlər və yazı makinalarından mobil bankçılığa qədər uzanan texnoloji keçid təqdim olunur.
Muzeyin tarixi xəzinə otaqlarında (kassa dairələrində) İstanbul Oyuncaq Muzeyi ilə birgə hazırlanan "Qardan dostum, sən yenə gəl" sərgisi nümayiş etdirilir.
28 fevral 2027-ci ilədək davam edəcək sərgidə yazıçı Sunay Akının topladığı nadir qar adamı fiqurları, poçt markaları və uşaq kitabları yer alır.
Qeyd edək ki, bazar ertəsi istisna olmaqla hər gün saat 10:00–18:00 arası girişin ödənişsiz olduğu muzeydə uşaqlar və məktəblilər üçün maliyyə savadlılığı və iqtisadiyyat üzrə pulsuz emalatxanalar da təşkil edilir.