Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi
16 noyabr 2026
# 18:17

Polşa və Sudanın arxeoloji ekspedisiyası Sudanın şimalındakı qədim Donqola şəhərində yerləşən orta əsrlərə aid Böyük İsa Kilsəsinin orijinal döşəməsini aşkar edib.

Kulis.az xəbər verir ki, təxminən 47 metr eni və 57 metr uzunluğu olan bu kafedralın hətta Ağ Evdən belə böyük olduğu və orta əsrlər Nubiyasının ən böyük xristian məbədi sayıldığı bildirilir.

İlk dəfə 2021-ci ildə tapılan, lakin böyük hissəsi hələ də torpaq altında qalan tikilidə 11 metr hündürlüyündə divarlara malik pilləkən qazılaraq orijinal döşəmə aşkar edilib.

Ekspedisiyanın rəhbəri Artur Obluski VI əsrdə qurulan Makuriya Krallığının bu baş kilsəsini İstanbuldakı Ayasofiya ilə müqayisə edərək, məkan quruluşu və tikinti texnikası baxımından onun Şimal-Şərqi Afrikada dövrünün memarlıq tendensiyalarını müəyyənləşdirdiyini vurğulayıb.

# 56 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər