Fransız kinosunun əfsanəvi aktyoru Jerar Depardye 2021-ci ildə film çəkilişi zamanı iki qadına qarşı cinsi zorakılıqda təqsirli bilinərək barəsində çıxarılan hökm qərarı ilə bağlı apellyasiya şikayətini rəsmən geri götürüb.
Kulis.az xəbər verir ki, bununla da məhkəmənin daha əvvəl təyin etdiyi 18 aylıq şərti həbs cəzası və cinsi cinayətkar kimi qeydiyyata alınması qərarı qətiyyətlə qüvvəyə minib.
77 yaşlı aktyor məhkəmə prosesinin əvvəlində "AFP" agentliyinə açıqlama göndərərək, "Ədalet qərarını verdi. Günahkar elan edildim. Bu məhkumiyyəti qəbul edirəm" deyib.
Uzun müddət film setlərində təhrikedici zarafatların arxasında gizləndiyini etiraf edən Depardye zərərçəkənlərdən səmimi şəkildə üzr istəyib.
Qeyd edək ki, aktyor 2018-ci ildə aktrisa Şarlott Arnuldiyə qarşı törətdiyi iddia edilən başqa bir zorakılıq işi üzrə də ayrıca mühakimə olunma prosesi ilə üz-üzədir.