Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda
16 noyabr 2026
# 16:12

18 noyabr 2026-cı il tarixində NASA-nın "Voyager-1" kosmik aparatı Yerdən bir işıq günü məsafəsinə çatacaq.

Kulis.az xəbər verir ki, bu tarixi hadisə münasibətilə NASA bütün dünyanı 17 noyabr axşamı “Shine Bright for Voyager’s Light-Day” təşəbbüsünə qoşulmağa dəvət edir.

İştirakçılar telefonlarının fənərləri və digər işıq mənbələri vasitəsilə Voyager missiyasının çağırış kodu olan “VGR” hərflərini Morze əlifbası ilə simvolik şəkildə ötürməyə çağırılır.

Bu əlamətdar hadisə Azərbaycan musiqisi üçün də xüsusi məna daşıyır. Belə ki, Azərbaycanın "Şur" muğamı 1977-ci ildə "Voyager Golden Record" vasitəsilə kosmosa göndərilmiş və bu gün də Yerdən uzaqlaşmaqda davam edən kosmik aparatın daşıdığı nadir mədəni irs nümunələrindən biri olmuşdur.

Bu mövzuya həsr olunmuş, "Voyager Golden Record" layihəsinin yaradıcılarından biri, amerikalı yazıçı və prodüser Ann Druyanla eksklüziv müsahibəni də əhatə edən «Əbədiyyətin Səsi» adlı sənədli film SPACE TV tərəfindən tamaşaçılara təqdim olunacaq.

Filmin ideya müəllifi və sözügedən mövzunun araşdırmaçısı Orxan İsmayılov kulis.az-a bildirib ki, film Azərbaycan muğamının kosmik səyahətindən, onun Voyager layihəsində yer almasından, bu tarixi qərarın arxasında dayanan hadisələrdən və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan muğamının qorunması və dünyada tanıdılması istiqamətindəki rolundan bəhs edir: "Beləliklə, Azərbaycan muğamı təkcə milli musiqi irsimizin deyil, həm də bəşəriyyətin kosmosa göndərdiyi mədəni mesajın bir hissəsi kimi tarixdə özünəməxsus yerini qoruyur.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər