“Rock & Roll Hall of Fame” gecəsində U2-nin sürprizi

“Rock & Roll Hall of Fame” gecəsində U2-nin sürprizi
16 noyabr 2026
# 15:57

Los-Ancelesdə keçirilən “Rock & Roll Hall of Fame” mərasimi musiqi dünyasının bir sıra məşhur adlarını eyni səhnədə bir yerə toplayıb.

Kulis.az xəbər verir ki, gecənin ən təsirli anlarından biri Fil Kollinzin mükafatı qəbul edərkən kövrəlməsi olub.

Səhhətindəki problemlər səbəbindən səhnədə çıxış edə bilməyən musiqiçi mərasimə iki əsa ilə gəlib. Onun mahnısı “In the Air Tonight” isə Sintiya Erivo tərəfindən səsləndirilib.

Gecənin gözlənilməz qonağı “U2” olub. Qrup yeni “Silencio” mahnısını ifa etdikdən sonra “Pride” kompozisiyası ilə davam edib. “Wu-Tang Clan” üzvləri də səhnəyə çıxaraq hip-hop tarixindəki yerlərini bir daha xatırladıblar. Müxtəlif nəsilləri təmsil edən sənətçilərin təltif olunduğu mərasimdə “Oasis”, “Sade”, “Iron Maiden”, “Joy Division/New Order” və Queen Latifah da fəxri siyahıya daxil edilib. Gecənin finalında isə “Run-DMC” və “Aerosmith” birlikdə “Walk This Way” ifa ediblər.

# 43 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər