Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib

Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı”  seçilib
8 dekabr 2025
# 14:24

Qazax şair Sayat Kamşıgerin “Qarabağ” adlı poeması beynəlxalq səviyyədə yüksək dəyərləndirilib.

Kulis.az xəbər verir ki, əsər Beynəlxalq PEN Klubunun “İlin ən yaxşı kitabı” mükafatına layiq görülüb. Mükafat Avstraliyanın Sidney Opera Evində keçirilən möhtəşəm tədbirdə təqdim edilib.

“Qarabağ” poeması bu ilin martında Azərbaycanda çap olunub və Qazaxıstanda geniş ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Poemanın Azərbaycan dilinə uyğunlaşdırılmasını şair-publisist Elşən Əzim, redaktəsini professor Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri şair Əkbər Qoşalı, “Ön söz” müəllifi RHİMİB sədri Arzu Bağırova, rəyçilər İntiqam Yaşar və Tariyel Əhmədov, kordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayner isə Cəsarət Qasımovdur.

Qeyd edək ki, əsər Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş yolunu, şəhidləri və Türk dünyasının birliyinə çağıran mənəvi düşüncələri poetik dillə ifadə edir.

# 118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər