Xalq artisti Tofiq Bakıxanov “Əmək” ordeni ilə təltif edilib

Xalq artisti Tofiq Bakıxanov “Əmək” ordeni ilə təltif edilib
8 dekabr 2025
# 11:56

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Əhməd Ağa oğlu Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Kulis.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il 8 dekabrda Bakıda, məşhur tarzən və Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya gəlib.

İlk musiqi təhsilini Ü. Hacıbəyov adına Konservatoriyanın nəzdindəki onillik musiqi məktəbində M. İ. Simberovdan skripka üzrə alıb.

Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə – skripka (A. Amitonun sinfi, 1953) və bəstəkarlıq (Q. Qarayevin sinfi, 1957) üzrə təhsilini davam etdirib.

Tələbəlik illərindən Azərbaycan Dövlət Simfonik Orkestrində və Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çıxış edən Tofiq Bakıxanov sonrakı yaradıcılığında əsasən kamera-instrumental və simfonik janrlara üstünlük verib. Onun üç baleti, 3 musiqili komediyası, tar və orkestr üçün 25 konserti, 20 sonatası, 5 simfonik muğamı, 8 simfoniyası, 6 simfonik poemasını və çoxsaylı kamera əsərləri, həmçinin 100-dən artıq mahnı və romansı vardır.

Bəstəkar yarım əsrdən artıqdır Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

O, "Əməkdar incəsənət xadimi" (1973), professor (1983), "Xalq artisti" (1990) fəxri adları ilə təltif olunmuş, 2000-ci ildə “Şöhrət”, 2021-ci ildə isə “Şərəf” ordeninə layiq görülmüşdür.

Tofiq Bakıxanovun yaradıcılığı Paris, Moskva, Tbilisi, İstanbul, İzmir, Tehran və digər şəhərlərdə müəllif konsertləri ilə təqdim olunmuş, haqqında monoqrafiyalar, resenziyalar yazılmış, “Tofiq Bakıxanov” adlı televiziya filmi çəkilmişdir.

2002-ci ildən Prezident təqaüdçüsüdür.

# 1202 dəfə oxunub

Oxşar xəbərlər

“Mercury Prize”  mükafatının qalibi açıqlandı

“Mercury Prize” mükafatının qalibi açıqlandı

12:30 28 oktyabr 2026
Coşqun Xəliloğlu  Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

Coşqun Xəliloğlu Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

12:27 28 oktyabr 2026
Dərsliklərdə plagiat iddiası:  Məşhur hekayə niyə beş fərqli müəllifin adı ilə yayımlanıb?

Dərsliklərdə plagiat iddiası: Məşhur hekayə niyə beş fərqli müəllifin adı ilə yayımlanıb?

12:00 28 oktyabr 2026
Dreykə qarşı müəlliflik hüququ iddiası geri götürüldü: “Janice STFU” işi hələlik bağlandı

Dreykə qarşı müəlliflik hüququ iddiası geri götürüldü: “Janice STFU” işi hələlik bağlandı

12:00 28 oktyabr 2026
21-ci əsrin ən yaxşı rok mahnısı seçildi

21-ci əsrin ən yaxşı rok mahnısı seçildi

11:40 28 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:20 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər