Polşada ilk xristianlara aid qəbiristanlıq tapıldı

Polşada ilk xristianlara aid qəbiristanlıq tapıldı
10 oktyabr 2025
# 10:52

Polşanın Borkovo kəndində aparılan qazıntılar zamanı 1000 il əvvələ aid insan skeletlərinin olduğu qəbiristanlığın qalıqları aşkar edilib.

Kulis.az xəbər verir ki, tədqiqatçılar o dövrün insanlarının xristianlığı qəbul etməyə başladıqlarını, lakin hələ də bəzi qədim paqan ənənələrini davam etdirdiklərini müəyyən ediblər.

Qəbirlərin çoxunda paqan ənənələrinə məxsus ox ucluqları, döyüş baltaları, bıçaqlar, üzüklər və karneol daşından hazırlanmış muncuqlar tapılıb.

Qeyd edək ki, hazırda skeletlər antropoloji təhlil üçün laboratoriyada saxlanılır.

# 283 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər