“Oppenheimer”in ulduzu xəstəxanaya yerləşdirildi

“Oppenheimer”in ulduzu  xəstəxanaya yerləşdirildi
30 sentyabr 2025
# 13:25

Məşhur amerikalı aktyor, “Oppenheimer”in ulduzu Coş Hartnett Kanadanın Sent-Conz şəhərində “Netflix” üçün çəkilən yeni film layihəsi zamanı avtomobil qəzasına düşüb və yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, hadisə gecə saatlarında aktyoru çəkiliş meydançasından aparan avtomobilin Yeni Foundlend Kral Polisi patrul maşını ilə toqquşması nəticəsində baş verib.

Hartnett və avtomobilin 59 yaşlı sürücüsü xəstəxanaya aparılıb, vəziyyətləri stabil olaraq qiymətləndirildiyinə görə evə buraxılıblar.

Polis əməkdaşı da ehtiyat tədbiri olaraq müayinə üçün xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, aktyor hazırda "Nyufaundlend layihəsi" adlı sirli bir dəniz varlığından bəhs edən filmin çəkilişlərində iştirak edir.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər