"Mənimlə təklikdə qalmaq istəyirsən?.." - Brejnev haqqında lətifələr

"Mənimlə təklikdə qalmaq istəyirsən?.." - Brejnev haqqında lətifələr
19 dekabr 2025
# 14:08

Bu gün SSRİ-yə 18 il rəhbərlik etmiş ictimai-siyasi xadim Leonid İliç Brejnevin doğum günüdür.

Kulis.az bu münasibətlə Gülnarə Rəfiqin təqdimatında Brejnev haqqında lətifələri təqdim edir.

Brejnev növbəti medalı alandan sonra deyir:
— Yoldaşlar, bəzən deyirlər ki, mən bütün medalları qəbul edirəm, heç vaxt onlardan imtina etmirəm. Elə deyil. Məsələn, bu yaxınlarda Mavritaniyanın yüksək mükafatı olan buruna qızıl sırğanın taxılmasından imtina etmişəm!

***

Brejnev Roma papasından soruşur:
— Niyə insanlar katolik cənnətinə inanır, ancaq kommunizm cənnətinə inanmaq istəmirlər?
— Çünki biz öz cənnətimizi göstərmirik!

***


Karl Marks SSRİ radiosu ilə çıxış etmək istəyir. Ancaq Brejnev icazə vermir:
— Sən kommunizmin banisi olsan da, belə məsələlər barədə təkbaşına qərar verə bilməzəm.
— Mən ancaq bir kəlmə deyəcəm.
Brejnev bir kəlməni deməyə icazə verir.
Marks mikrofona yaxınlaşıb qışqırırır:
— Bütün ölkələrin proletarları, məni bağışlayın!

***


SSRİ-yə gələn Nikson Brejnevdən fəhlələrin niyə tətil etmədiklərini soruşur. Cavab əvəzinə Brejnev Niksonu zavoda aparır:
— Sabahdan maaşınız azaldılacaq! (alqışlar) İş vaxtınız uzadılacaq! (alqışlar). Hər on nəfərdən biri asılacaq! (alqışlar. Sual: “İpi özümüz gətirək, ya həmkarlar ittifaqı verəcək?”)

***


Moskva kinofestivalından sonra Kremldəki banketdə Bricit Bardo Brejnevə deyir:
— Niyə sərhədi bütün getmək istəyənlər üçün açmırsız?
Brejnev ona barmağını yelləyib deyir:
— Mənimlə təklikdə qalmaq istəyirsən?

***

Telefon zəngi. Brejnev dəstəyi qaldırır:
— Hörmətli Leonid İliç eşidir!

***

Brejnev mətbuat konfransı keçirir. Sual – cavab, sual cavab.
Aparıcı deyir: Day sual yoxdu.
Brejnev təəccüblənir:
— Necə yəni yoxdu? Dayanın, axı belə olmaz. Axı mənim hələ iki cavabım var.

***


— Nəyə görə Brejnevə marşal rütbəsi verilib?
— Kremlin alınmasına görə.

***


Brejnevlə Qromıko Afrika ölkəsinə gedirlər. Təyyarədən enəndən sonra Brejnev qəpik atır, baxıb Qromıkoya deyir:
— İndi öpüşmək növbəsi sənindi.

***

Brejnev meşədə azır. Rastına balaca oğlan çıxır.
— Adın nədi?
— Petya.
— Petya, məni meşədən çıxar, sənə mükafat verəcəm.
— Atamla məsləhətləşməliyəm.
— Atan kimdi?
— Meşəbəyi.
— Nəyə lazımdı məsləhət? Məni burdan çıxar, səni SSRİ qəhrəmanı adını verəcəm.
— Yox, gedim atamdan soruşum.
Gedib soruşub gəlir:
— Yox, mən Sizi burdan çıxarmayacam. Öləndən sonra Sovet İttifaqı qəhrəmanı adını neynirəm?
— Niyə ölümündən sonra?
— Atam dedi: çıxarsan, öldürəcəm.

***

Brejnev çıxışa başlayır (kağızdan):
— Yoldaş sionistlər!
Zalda çaşqınlıq yaranır. Brejnev yenidən kağıza baxıb oxuyur.
— Yoldaşlar! Soinistlər deyir ki…

***

Brejnev nəvəsi ilə mavzoleyə gəlir. Nəvəsi soruşur:
— Baba, sən öləndən sonra burda yaşayacaqsan?
— Əlbəttə burda.
Bu dəm Lenin yerindən qalxıb deyir:
— Bura sizinçün yataqxanadı?!

***

Ayda bir dəfə Brejnevin şəxsi bərbəri onun saçını qırxır. Hər dəfə də söhbəti Polşadan salır. Bir dəfə Brejnev onun niyə məhz Polşa barədə soruşması ilə maraqlanır. Bərbər:
— Belə olanda saçınızı rahat qırxıram. Polşa barədə danışanda saçlarınız biz-biz durur.

***

Brejnevin qardaş ölkələrdən birinə səfəri münasibətilə topdan atəş açılır. İkinci atəşdən sonra qoca arvad milisdən niyə top atdıqlarını soruşur. Milis deyir:
— Brejnev gəlib.
— Birinci dəfədən vura bilmədilər?

***

Brejnev aeroportda ABŞ siyasətçilərindən biri ilə vidalaşır. Bir neçə dəfə qucaqlaşır, öpüşürlər. Nəhayət, amerikalı siyasətçi təyyarəyə minib gedir. Brejnev ağlamağa başlayır. Suslov ona yaxınlaşıb deyir:
— Bəsdirin, Leonid İliç. Axı siyasətçi kimi onun əhəmiyyəti elə də böyük deyil.
— Siyasətçi kimi əhəmiyyəti yoxdur. Ancaq necə öpür!

***

Brejnev balkonda dayanıb. Yaxınlıqdan Karlson uçur. Brejnev soruşur:
— Yadınızdan çıxmışam? Mən Karlsonam.
— Həəəə. Yadımdasan. Sənin həmkarın Engelson da yadımdadır.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər