Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şair Nüsrət Kəsəmənlinin 75 illik yubileyinə həsr edilmiş “Biri vardı, biri yox” adlı tədbir keçirib.
Kulis.az xəbər verir ki, tədbirin aparıcısı tədbir haqqında məlumat verib. Çıxış sözü ilə tədbiri açıq elan edən Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, “Ədəbiyyat” qəzetinin şöbə redaktoru Sərvaz Hüseynoğlu şairin yaradıcılığı ilə bağlı tədbir iştirakçılarına ərtaflı məlumat verib. Bildirib ki, Nüsrət Kəsəmənli o şairlərdəndi ki, onun şeirləri xalqımız tərəfindən sevilə-sevilə oxunur və şeirlərinin bir çoxuna mahnılar bəstələnib. Nüsrət Kəsəmənli öz yaradıcılığı ilə Azərbaycan poeziyasına məhəbbət şairi kimi möhürünü vurub.
Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin gənc yazarları Kəmalə Şahbazi, Zaur Rəxşan, Nicat Nəsri, Əfsər Abdullayev çıxış edərək sevgi şairini vəsf ediblər. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistr tələbələri Ceyran Cəfərli, Nüsrət Kəsəmənlinin vətənpərvər şair olduğunu da qeyd edib.
- “Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
- “Heydər Əliyev: Vətənin keşiyində” sənədli filminin nümayişi baş tutdu
- Əsəd Cahangir bu dəfə “Ədəbiyyat qəzeti”nə qəzəl yazdı
Tədbir zamanı şairin “Etiraf”,”Getmək istəyirsən, bəhanəsiz get”, ”Qapamayın gözlərimi” şeirləri səsləndirilib. O, dünyaya şair kimi gəldi, dünyadan şair kimi də köçdü. Çıxış edən qonaqlar da şair haqqında dəyərli fikirlər, xoş xatirələr söyləyiblər.
Tədbir zamanı şairə Gülayə öz şeirini səsləndirib.
Sonda çıxış edən Xəzər rayon MKS-nin direktoru Jalə Əliyeva gələn qonaqlara öz təşəkkürünü bildirib.