Muzeyə bağışlanan gitara oğurluqdur?

Muzeyə bağışlanan gitara oğurluqdur?
18 iyul 2025
# 12:58

“Rolling Stones”qrupunun keçmiş üzvü Mik Teylorun meneceri Marlis Damminq iddiasına görə, Metropoliten muzeyinə bağışlanan alətlər içərisində Teylorun 1971-ci ildə Fransadakı villasından oğurlanmış “Les Paul” gitarası da var.

Kulis.az xəbər verir ki, bu alət Mik Teylorun əsas gitarası olub.

Sənətçinin meneceri bildirir ki, ona oğurluqla bağlı heç bir kompensasiya ödənilməyib və gitaranın muzeyin kolleksiyasına necə daxil olması barədə heç bir məlumatı yoxur.

Muzey isə bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

2027-ci ildə muzey Amerikan gitaraları ilə bağlı daimi qalereya açmağı planlaşdırır və hədiyyə edilən əsərlərin bir qismi burada sərgilənəcək.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

# # #