Misirin məşhur Memnon heykəllərinin bərpası tamamlandı

Misirin məşhur Memnon heykəllərinin bərpası tamamlandı
25 dekabr 2025
# 18:28

Misirdə Teba Nekropolunda yerləşən və Firon III Amenhotepi təsvir edən məşhur Memnon heykəllərinin uzunmüddətli bərpa işləri tamamlanıb.

Kulis.az xəbər verir ki, təxminən 3400 illik tarixi olan əkiz heykəllər yenidən turistlərin ziyarətinə açılıb.

Zəlzələlər nəticəsində ciddi zərər görmüş abidələrin bərpası təxminən 20 il çəkib.

Misir hökuməti bu layihə ilə ölkənin zəngin arxeoloji irsini ön plana çıxararaq turizmi canlandırmağı hədəfləyir.

Qeyd edək ki, bu istiqamətdə son dövrlər Giza yaxınlığında Böyük Misir Muzeyinin açılışı da həyata keçirilib.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər