Mətanət Vahid "LitArtAz" ədəbi - mədəni agentliyini yaradıb

Mətanət Vahid  "LitArtAz" ədəbi - mədəni agentliyini   yaradıb
1 sentyabr 2025
# 12:30

Tanınmış ədəbiyyatşünas alim, esseist Mətanət Vahidin rəhbərliyi ilə "LitArtAz" ədəbi - mədəni agentliyi təsis edilib.

Kulis.az-a açıqlama verən alim bildirib ki, agentliyin təsis edilməsində məqsəd 15 ildir ədəbi mühitdə faydalı fəaliyyət göstərəndən sonra bu işi daha təşkilatlanmış şəkildə görməkdir: "Əsər yazmısınız, amma çapa uyğun olub-olmadığından əmin deyilsiniz? Haraya müraciət edəcəyinizi bilmirsiniz?

LitArtAz agentliyi – yazı masanızdan oxucuya gedən yolda sizin ədəbi tərəfdaşınızdır.

Ekspertlərimiz əsərinizi oxuyub dəyərləndirir, nəşriyyata peşəkar pitç təqdim edir, kitabın çap prosesini əvvəldən sona qədər izləyir (redaktə, korrektə, tərcümə və s.), həmçinin istəyinizə uyğun olaraq PR və tanıtım işlərini də həyata keçirir".

# 287 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər