Məşhur rəssamın əsərləri Heydər Əliyev Mərkəzində

Məşhur rəssamın əsərləri Heydər Əliyev Mərkəzində
9 oktyabr 2025
# 10:45

Məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərləri ilk dəfə oktyabrın 31-də Heydər Əliyev Fondunun təşkil etdiyi “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy” layihəsi çərçivəsində Bakıda sərgilənəcək.

Kulis.az xəbər verir ki, nümayiş olunacaq “Bədii formanın təntənəsi” ("The Triumph of Form") adlı fərdi sərgidə rəssamın 100-dən çox əsəri təqdim ediləcək.

Rəssam hətta Leonardo da Vinçinin “Mona Liza”sını öz üslubunda - böyük ölçüdə təqdim edir.

Qeyd edək ki, Boteronun “Atlı adam” heykəltaraşlıq əsəri 2022-ci ildə “Christie’s” hərracında 4.3 milyon dollara satılıb.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər