Məşhur perulu yazıçı dünyasını dəyişdi

Məşhur perulu yazıçı dünyasını dəyişdi
11 mart 2026
# 15:15

Perulu yazıçı Alfredo Brays Eçenike 87 yaşında Limada vəfat edib.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, Latın Amerikası ədəbiyyatının “boom” nəslinin son böyük nümayəndələrindən sayılan müəllif dünya şöhrətini 1970-ci ildə yayımlanan “Julius üçün bir dünya” romanı ilə qazanmışdı.

Onun əsərləri ironiya, yaddaş, kimlik və ailə münasibətlərinə tənqidi yanaşması ilə tanınır.

Brays Eçenike yaradıcılığına görə Peru Milli Ədəbiyyat Mükafatı və Planeta mükafatı da daxil olmaqla bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdü.

Qeyd edək ki, yazıçının ölümü Latın Amerikası ədəbiyyatında mühüm bir dövrün başa çatması kimi qiymətləndirilir.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər