Məşhur aktyordan süni intellekt açıqlaması

Məşhur aktyordan süni intellekt açıqlaması
23 sentyabr 2026
# 15:30

Hollivud aktyoru Tom Kruz Londonda keçirilən “BAFTA” tədbirində çıxış edərək kino sənətində insan faktorunun əvəzsiz olduğunu deyib.

Kulis.az xəbər verir ki, Alejandro Qonsales İnyarritunun yeni "Digger" filminin təqdimat turu çərçivəsində danışan aktyor süni intellektin inkişafına baxmayaraq tamaşaçıların kinoteatrlara canlı və real təcrübə üçün getdiyini vurğulayıb.

"Açığı, insanın yerini verəcək heç nə yoxdur. Mən hər zaman insanlığa inanıram", – deyə Kruz qeyd edib.

Filmlərində kaskadyorlardan istifadə etməyən və rəqəmsal effektləri minimuma endirən aktyor həmçinin gənc nəslin kinoteatrlara marağının davam etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Kruzun baş rolda çəkildiyi "Digger" filmi oktyabrın 2-də yayımlanacaq.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər