Məşhur aktyora xərçəng diaqnozu qoyuldu

Məşhur aktyora xərçəng diaqnozu qoyuldu
4 mart 2026
# 11:31

Sem Reyminin “The Evil Dead” film seriyasında canlandırdığı Eş Uilyams obrazı ilə tanınan Bryus Kempbell xərçəng olduğunu açıqlayıb.

Kulis.az xəbər verir ki, 67 yaşlı aktyor sosial media hesabında müalicə oluna bilən, lakin tam sağalmayan bir xərçəng növü ilə mübarizə apardığını bildirib.

Aktyor bu xəbərin özü üçün də gözlənilməz olduğunu qeyd edib. O, xəstəliyin detalları barədə geniş danışmaq istəmədiyini, paylaşımı isə müalicə prosesi səbəbindən işinə müvəqqəti ara verəcəyini açıqlamaq üçün etdiyini vurğulayıb.

Bryus Kempbell yay aylarında vəziyyətinin stabilləşəcəyinə ümid etdiyini deyib. O, müəllifi, rejissoru və baş rol ifaçısı olduğu yeni “Ernie & Emma” filmi ilə payızda tura çıxmağı planlaşdırdığını da əlavə edib.

Aktyor həmçinin yanlış məlumatların yayılmasının qarşısını almaq üçün bu açıqlamanı etdiyini bildirib:

“Qorxmayın, mən inadkar adamam və böyük dəstəyim var. Buna görə də yaşayacağıma ümid edirəm”.

Qeyd edək ki, Bryus Kempbell “Spider-Man”, “The Majestic”, “Sky High” və “Ash vs Evil Dead” kimi layihələrdə rol alaraq geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər