“Mən qadınam” müsabiqəsinin qalibləri açıqlanacaq

“Mən qadınam” müsabiqəsinin qalibləri açıqlanacaq
21 iyul 2025
# 12:21

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Mən qadınam” adlı tammetrajlı bədii film ssenarisi üzrə elan edilmiş müsabiqənin qaliblərinin adı açıqlanacaq.

Kulis.az xəbər verir ki, müsabiqəyə ümumilikdə 96 ssenari təqdim olunub və onlardan 71-i müsabiqəyə buraxılıb.

Yanvardan etibarən iştirakçılar üçün mütəmadi olaraq master-klaslar təşkil olunub. Final mərhələsinə vəsiqə qazanan işlər arasında qadın müəlliflərin sayının nəzərəçarpacaq dərəcədə artması, bu istiqamətdə aparılan işlərin nəticə verdiyini göstərir.

Qeyd edək ki, müsabiqə qaliblərinin avqustun 2-dək elan edilməsi nəzərdə tutulub. Müsabiqədə I yerin sahibi 5 min AZN, II yerin qalibi 3 min 500 AZN, III yerin qalibi isə 2 min 500 AZN məbləğində pul mükafatı və diplomla təltif olunacaq.

# 136 dəfə oxunub

Müəllifin son yazıları

# # #