Məmməd İsmayıl xəstəxanadan evə buraxılacaq

Məmməd İsmayıl  xəstəxanadan  evə buraxılacaq
10 iyul 2025
# 17:15

Xəstəxanaya yerləşdirilən şair Məmməd İsmayıl gələn həftə evə buraxılacaq.

Kulis.az xəbər verir ki, bu barədə onun qızı İntizar İsmayıl məlumat verib: "Atamın müalicəsi palata şəraitində davam edir. Xəstəxanaya gətiriləndə səhhəti ağır olsa da, indi həkimlərin sayəsində vəziyyəti nisbətən yaxşıdır. Yaddaşla bağlı problemi var. Bəzən yaxın keçmişdə olanları unudur. Özü, ailəsi və yaradıcılığı ilə bağlı uzaq keçmişdə olanları isə çox yaxşı xatırlayır".

Qeyd edək ki, Məmməd İsmayıl iyunun 30-da xəstəxanaya yerləşdirilib. O bundan öncə də səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicəsi ev şəraitində davam etdirilmişdi.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

# # #