Məhkəmə Elza Seyidcahanı təhqir etməkdə təqsirləndirilən Roza Zərgərlini cərimələdi

Məhkəmə Elza  Seyidcahanı təhqir etməkdə təqsirləndirilən Roza Zərgərlini cərimələdi
16 aprel 2026
# 14:40

Bəstəkar, Əməkdar artist Elza Seyidcahanı (Qasımova) təhqir etməkdə təqsirləndirilən Roza Zərgərlinin məhkəmə prosesi keçirilib.

Kulis.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq. Həmçinin, məhkəmə Roza Zərgərlinin sözlərini yalan kimi qəbul edib. Bu barədə Kulis.az-a Elza Seyidcahanın vəkili Elşən Behbudov məlumat verib.

Bildirək ki, Roza Zərgərli “Baylarsoylar” podcast verlişində Elza Seyidcahanı “ “təlxək”, “meymun” adlandırıb. Elza Seyidcahan şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi əsasında Roza Zərgərlini mülki qaydada məhkəməyə verib.

Emin Şirvanzadə

# 218 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər