K-Pop ulduzlarından "Sigma Boy" ifaçılarına maraqlı təklif

K-Pop ulduzlarından  "Sigma Boy" ifaçılarına maraqlı təklif
11 avqust 2025
# 15:05

K-Pop ulduzlarından ibarət qrup "Young Posse" trendə düşən "Sigma Boy" mahnısının ifaçıları Yankovskaya və Betsi ilə birgə trek yazmağı təklif ediblər.

Kulis.az xəbər verir ki, bu barədə onlar Rusiyada konsert turu zamanı bu fikirdə olduqlarını etiraf ediblər.

Dünya şöhrətli müğənnilər Moskva və Sankt-Peterburqda uğurlu konsertlərdən sonra yenidən Rusiyaya gəlmək istədiklərini də əlavə ediblər.

Qeyd edək ki, Cənubi Koreyalı ifaçı Geon- Sun He "Rusiyaya ilk səfərimiz olduğu üçün mən rus dilində ən azı sadə ifadələr, sadə təbriklər öyrənərək azarkeşləri sevindirmək və hörmət göstərməyə çalışıram" deyə vurğulayıb.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər