İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi
5 noyabr 2026
# 10:14

İtaliya kinosunda erotizmi, təxribatı və sənət sərhədlərini bir-birinə qarışdıran rejissor Tinto Brass 93 yaşında Romada vəfat edib.

Kulis.az xəbər verir ki, o, yarım əsrdən çox davam edən karyerası ərzində tamaşaçıları həm heyrətləndirən, həm də ciddi mübahisələrə səbəb olan filmləri ilə tanınıb.

Brassın yaradıcılıq yolu erotik filmlərdən başlamamışdı. Parisdəki Sinematekanın arxivində çalışaraq kino sənətinə yiyələnən rejissor sonradan Roberto Rossellini ilə də işləyib. Onun ilk filmləri eksperimental üslubu, senzura ilə toqquşan mövzuları və sərbəst kino dili ilə seçilirdi. 1970-ci illərdə isə rejissorun yaradıcılığında erotik mövzular ön plana keçməyə başladı.

“Salon Kitty”, “Kaligula”, “Açar”, “Miranda” və “Paprika” kimi filmlər Brassın adını dünya kinosuna yazdırdı. Xüsusilə 1979-cu ildə çəkdiyi “Kaligula” filmi çəkiliş prosesindən başlayaraq uzun müddət qalmaqalların mərkəzində qaldı. Rejissorun ekran əsərləri bəzən sərt tənqid olunsa da, o, erotik kino janrını populyar mədəniyyətin müzakirə mövzularından birinə çevirməyi bacarmışdı.

# 151 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər