İstanbulda İncəsənət və Antikvar sərgisi keçiriləcək

İstanbulda  İncəsənət və Antikvar sərgisi  keçiriləcək
24 noyabr 2025
# 10:40

İstanbulda 6-cı IAAF İncəsənət və Antikvar sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, sərgi 4–7 dekabr 2025-ci il tarixində "Lütfi Kırdar" Konqres və Sərgi Sarayında keçiriləcək.

Tədbirdə təxminən 500 sənətçi və 40 qalereya öz əsərlərini nümayiş etdirəcək.

Sərgi müasir və klassik incəsənət ilə antikvar nümunələrini bir araya gətirərək sənət ictimaiyyətinin diqqətini cəlb edən beynəlxalq platforma kimi tanınır.

Keçən il sərgi 45 minə yaxın ziyarətçi qəbul edərək böyük maraq qazanmışdı.

Qeyd edək ki, bu il təşkilatçılar sərgini daha geniş auditoriyaya çatdırmağı planlaşdırır.

# 330 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər