Gürcüstanla mədəni əməkdaşlıq müzakirə olunub

Gürcüstanla mədəni əməkdaşlıq müzakirə olunub
24 may 2025
# 14:50

Mədəniyyət naziri Adil Kərimli mayın 24-də Azərbaycanda səfərdə olan gürcüstanlı həmkarı xanım Tinatin Ruxadze ilə görüşüb.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı, Azərbaycanla Gürcüstan arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Qeyd edək ki, Tinatin Ruxadze Azərbaycanla mədəni əməkdaşlığa önəm verdiklərini deyib, beynəlxalq mədəniyyət layihələrində birgə iştirakın bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

# 155 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #