“Game of Thrones”un ön hekayəsi teatr səhnəsində canlandırılacaq

“Game of Thrones”un ön hekayəsi teatr səhnəsində canlandırılacaq
21 fevral 2026
# 11:15

"Royal Shakespeare Company" dünyanın ən populyar televiziya layihələrindən biri olan "Game of Thrones"un ön hekayəsi əsasında hazırlanmış “Game of Thrones: The Mad King” tamaşasını səhnələşdirəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, yeni səhnə əsəri yazıçı George R. R. Martiniin romanlarına əsaslanır, dramaturji uyğunlaşdırmanı Duncan Makmillan edib, quruluşçu rejissor isə Dominik Kukdur.

Tamaşa serialdakı hadisələrdən on ildən artıq əvvəl baş verən dövrü əhatə edəcək və Westeros tarixinin əfsanəvi mərhələsini səhnəyə daşıyacaq.

Süjetdə uzun qışın bitməsi fonunda böyük sülalələrin möhtəşəm tur üçün bir araya gəlməsi və bu tədbirin arxasında gizlənən qaranlıq məqsədlər təsvir olunur.

Qeyd edək ki, “Game of Thrones: The Mad King” tamaşasının dünya premyerası 2026-cı ilin yayında Stratford-upon-Avon şəhərindəki "Royal Shakespeare" Teatrında baş tutacaq.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər