"Game of Thrones"un aktyoru Bakıya gələcək

"Game of Thrones"un aktyoru Bakıya gələcək
2 sentyabr 2025
# 13:21

Dünyaca məşhur "Comic Con" festivalı ilk dəfə Bakıda təşkil olunacaq.

Kulis.az xəbər verir ki, tədbir Bakı Konqres Mərkəzində baş tutacaq.

"Comic Con" hər il milyonlarla fanatı bir yerə yığır və komiks, anime, kino, oyunlar, kospley və Asiya mədəniyyətinin rəngarəng atmosferini yaşatmaqla tanınır.

Festivalın əsas qonağı "Game of Thrones" və "Doctor Who" kimi milyonlarla tamaşaçısı olan seriallara çəkilmiş aktyor Ross Mullan olacaq.

Qeyd edək ki, tədbir 14 sentyabra qədər davam edəcək.

# 131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər