Frida Kahlonun tablosu hərracda 54,6 milyon dollara satıldı

Frida Kahlonun tablosu hərracda 54,6 milyon dollara satıldı
21 noyabr 2025
# 12:43

Frida Kahlonun avtoportreti Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında qadın rəssamlar üçün rekord məbləğə - 54,6 milyon dollara satılıb.

Kulis.az xəbər verir ki, bu barədə "France-Presse" (AFP) agentliyi məlumat yayıb.

Məlumata görə, 1940-cı ildə yaradılmış "Yuxu (Yataq)" adlı əsər amerikalı rəssam Corciya O"Kiffin rekordunu yeniləyib. O"Kiffin əsəri 2014-cü ildə 44,4 milyon dollara satılmışdı.

Qeyd edək ki, sentyabr ayında verilən ilkin qiymətləndirmələrə görə, Kahlonun avtoportreti 40–60 milyon dollar aralığında dəyərləndirilirdi.

# 424 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər