“Fallout” serialı yeni mövsümlə geri qayıdır

“Fallout” serialı yeni mövsümlə geri qayıdır
20 avqust 2025
# 12:00

Baş rollarında Ella Purnell, Aron Moten, Kayl Maklaklan və Uolton Qoqins kimi adların yer aldığı “Fallout” serialı yeni mövsümlə geri qayıdır.

Kulis.az xəbər verir ki, çoxsaylı mükafatlara namizəd göstərilən və iki “Emmy” mükafatı qazanan ekran işinin ikinci mövsümü üçün çəkilişlər başa çatıb.

Sosial şəbəkələrdə paylaşılan ilk fotolar tamaşaçılarda həyəcan yaradıb. Bildirilib ki, yeni mövsüm bu ilin dekabr ayında yayımlanacaq.

Qeyd edək ki, serialın ikinci mövsümü müharibədən əvvəlki Las Veqasın xarabalıqlarından doğan post-apokaliptik mənzərədə baş verəcək.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər