"Bu istedadsız kişinin təmtəraqlı adı vardı..." - Niyə gülüş təhlükəli "əxlaqsızlıqdır"?

"Bu istedadsız kişinin təmtəraqlı adı vardı..." - Niyə gülüş təhlükəli "əxlaqsızlıqdır"?
20 avqust 2025
# 11:52

Kulis.az Qismət Rüstəmovun "Heç kim gülməyəcək!" yazısını təqdim edir.


Düz on üç il bundan qabaq (2012) tələbəlik dostum, idman mətbuatının tanınmış imzası Elçin Cəlilov mənə təklif etdi ki, bizim futbolpress saytı üçün köşələr yaz.

Mən də düşündüm ki, uşaqlıqdakı futbol xatirələrimi yazmaqdansa, bir neçə çağdaş ədəbi priyomu idman mətbuatına tətbiq edim, görək nə baş verir.

Beləliklə, iki-üç yazıdan sonra o vaxtlar futbol üzrə yığma komandamızın baş məşqçisi, dünya şöhrətli Berti Foqtsun fiktiv gündəliyini yazmağa başladım. Guya içəridən - AFFA-dan kimsə redaksiyamıza Berti Foqtsun gündəliyini göndərib, orada ölkəmiz haqqında dəhşətli faktlar var, biz də redaktə edib yayımlayırıq.

Ancaq heç kim adicə bir şeyə fikir verməmişdi: bütün yazıların altında mənim imzam gedirdi, tərcüməçi yox, müəllif kimi.

Yazıdan sonra həngamə qopdu, saytı məhkəməyə vermək söhbəti çıxdı, gündə bir qəzet, TV kanalı Elçindən, məndən açıqlama almaq istəyirdi.

Yazının axırıncı hissəsində bunun ədəbi priyom olduğunu desəm də, şərhlərdə hamı yazırdı ki, ayıb olsun, qorxdunuz, bu həqiqətləri axıracan yazmaq lazım idi.

Hətta romantik-millətçi bir köşə yazarı yazısına tribuna şəkli qoyub ordan üstümə qışqırmışdı ki, xalqın hissləriylə oynamaq olmaz, çıxın hesabat verin.

Məsələ isə beləydi, mən darıxdığım üçün əyləncəli bir yazı uydurmuşdum, amma bu yazının gerçəkliyə oxşayan yerləri ədəbi vərdişləri sovet dövründə formalaşmış oxucular üçün mütləq həqiqətə çevrilmişdi.

Sonralar əfsanəvi Milan Kunderanın unudulmaz "Heç kim gülməyəcək" hekayəsini oxuyanda başımıza gələnləri bir az daha yaxşı anlamışdım.

Bu hekayənin qəhrəmanı ütülü hər şeyə ironik baxan, universitetdə müəllim işləyən, sevgilisiylə yaşayan bir sənətşünasdır.

Bir gün ona talantsız, yaşlı bir sənətşünasdan məktub gəlir ki, xahiş edirəm, yazımın çap olunması üçün rəy verəsiniz, siz eləsiniz, siz dahisiniz, ustadsınız...

Kundera özünəməxsus ironiya ilə yazır ki, bu istedadsız kişinin təmtəraqlı adı vardı: Zatureçki.

Əlqərəz, jurnaldan sənətşünas qəhrəmanıza zəng gəlir ki, sənə məktub yazan Zatureçkinin məqaləsi bir qəpiklik deyil, ona babat, iynəli bir rəy yaz, yaxamızdan əl çəksin.

Oğlan düşünür ki, niyə bu rəyi mən yazmalıyam axı, qoy onun cəlladı başqası olsun. Beləcə, Zatureçkidən qaçmağa, öz dərs cədvəlini yalandan dəyişməyə, onu yola verməyə başlayır. Ancaq işlər o həddə çatır ki, talantsız Zatureçki onu rəhbərliyə şikayət edir: nə vaxt gəlirəm, dərs vaxtı yerində deyil, evlərinə də getdim, gənc qızla yaşayır - donosbazlığa incə ironiya! Beləcə, oğlan hörmətini itirir, işdən qovulur.

Kundera hekayəni belə bitirir, başıma gələnlərin tragik yox, komik olduğunu çox sonralar başa düşdüm. Niyə komikdir? Çünki insanların özləri özlərinin polisinə çevrildiyi, dünyanın ən təhlükəli senzurası olan daxili senzuraya yoluxduqları və bunu romantik reflekslərlə ört-basdır etməyə çalışdıqlar yerdə gülüş təhlükəli "əxlaqsızlıqdır".

Bu günün dünyasında, deyəsən, bunun daha dəhşətli növləri var...

# 1607 dəfə oxunub

Oxşar xəbərlər

“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
ISECO:  "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

ISECO: "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

12:40 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
Direktor:  "BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir"

Direktor: "BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir"

12:38 26 oktyabr 2026
Nazir müavini:  "Forumun mövzusu “Parçalanmış dünyada körpülərin qurulması”dır"

Nazir müavini: "Forumun mövzusu “Parçalanmış dünyada körpülərin qurulması”dır"

12:34 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər