Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 2025
# 16:10

Tanınmış şair Məmməd İsmayıl vəfat edib.

Bu barədə Kulis.az-a onun yaxınları məlumat verib.

Şair vəsiyyətinə uyğun olaraq, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi və professor Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində doğulub.

Azərbaycan Dövlət Universitetini və SSRİ Yazıçılar İttifaqı nəzdində Ali Ədəbiyyat kursunu bitirib, filologiya elmləri namizədi və Türkiyədə professor dərəcəsi alıb.

O, uzun illər müxtəlif mədəniyyət və media sahələrində çalışıb, Azərbaycan Dövlət Radio və Televiziya komitəsində redaktor və şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, "Azərbaycanfilm" studiyasında baş redaktor, "Yazıçı" və "İşıq" nəşriyyatlarında rəhbər vəzifələrdə olub.

Əsərləri 50-dən çox dünya dilinə tərcümə olunub, çoxsaylı beynəlxalq mükafatlar və fəxri adlarla təltif edilib.

O, Azərbaycan və Türk ədəbiyyatlarını dünyanın müxtəlif ölkələrində uğurla təmsil edib, şeir festivallarında iştirak edib.

"Ana əlləri", "Dünyaya baxıram", "Axşamlar, səhərlər", "Söz vaxtına çəkər", "Qoymayın dünyanı adiləşməyə", "Baxtıma düşən gün", "Hələ yaşamağa dəyər", "Döyüş, qələbə", "Dünya bizim evimizdir", "Aman təklik əlindən", "Ümiddən asılan qılınclar", "Xalq nəğmələri" (tərcümə), "Bozqurdlar" (tərcümə), "Seçilmiş Şeirlər", "Yaş altmışa dayandı", "Sazın söz karvanı" (elmi tədqiqat), "Yoxun Varlığı", "Poemalar", "Sevgi şeirləri", "Yetmişdən sonra", "İz" (roman), "Arzuların yolu" kimi çoxsaylı kitabların müəllifidir.

Ədəbi irsinə müxtəlif janrlarda 40-dan çox bədii və elmi kitab daxildir.

Onun yaradıcılığında milli dəyərlər, azadlıq, vətənpərvərlik və insanlıq mövzuları geniş yer tutur.

# 2513 dəfə oxunub

Oxşar xəbərlər

"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları

"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları

13:30 30 avqust 2026
30 avqust Türkiyənin Zəfər Bayramı  günüdür.

30 avqust Türkiyənin Zəfər Bayramı günüdür.

10:30 30 avqust 2026
Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər