Əli Əmirlinin yeni kitabı çap olundu

Əli Əmirlinin yeni kitabı çap olundu
6 may 2025
# 10:17

Yazıçı-dramaturq Əli Əmirlinin "Sevdiyim pyeslər" adlı yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitabda müəllif ən çox bəyəndiyi pyeslərini toplayıb.

Qeyd edək ki, kitaba "Köhnə ev", "İyirmi ildən sonra", "Mesenat", "Xoşbəxt gün", "Şah Qacar", "Hasarın o üzü", "Ünvansız qatar", "M.S.S. - Mən səni sevirəm", "Nuri-didə Ceyhun", "Ah, bu uzun sevda yolu" kimi dramaturqun müxtəlif teatrlarda tamaşaya qoyulmuş pyesləri ilə yanaşı, daha çox sevdiyi və hələ ki heç bir teatrda tamaşaya qoyulmamış "İki aktrisa üçün baş rol" və "Pərdəsiz" adlı pyesləri də daxil edilib.

# 131 dəfə oxunub

Müəllifin son yazıları

# # #