“Avroviziya 2011” qalibi Eldar Qasımov “Avroviziya 2026” üçün San-Marino milli seçim mərhələsinin "Dreaming San Marino" münsiflər heyətinə daxil olub.
Kulis.az xəbər verir ki, onunla birlikdə müsabiqəni italyan prodüser Domenico "Mimmo" Paqanelli və "Avroviziya" çərçivəsində Kipr nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Andreas Anastasiou qiymətləndirib.
Seçim mərhələsində 240 ifaçı iştirak edib və artıq 200 nəfər peşəkar münsiflərin qərarı ilə müsabiqəni tərk edib. Eldar dörd gün ardıcıl olaraq ustad dərsləri keçirib və iştirakçıların suallarını cavablandırıb.
Qalibin adı 6 mart tarixində açıqlanacaq.