Dünyanın ən qəribə muzeyləri - İşgəncə alətlərindən mistik cadulara qədər...

Dünyanın ən qəribə muzeyləri - İşgəncə alətlərindən mistik cadulara qədər...
10 avqust 2025
# 13:00

Kulis.az Dilşad Məmmədəliyevanın dünyanın ən qəribə muzeyləri haqqında hazırladığı yazını təqdim edir.

İndiyə qədər səyahət etdiyimiz ölkələrdən qayıdarkən, həmin yerlərin bazarları, tarixi abidələri, məşhur meydanları qədər diqqətçəkən bir başqa incə detal da var: muzeyləri…

Bir ölkənin muzeyləri, həmin dövlətin keçmişini bütün aydınlığı ilə göz önünə sərir. Getdiyiniz ölkənin tərzini məhz muzeylərindəki mətnlərdən oxuya və bu ölkə ilə bağlı formalaşan fikirlərinizi daha möhkəm bir təməldə dəyərləndirə bilərsiniz.

Elə bu düşüncədən yola çıxaraq sizə dünyanın ən maraqlı muzeylərini tanıtmaq və gələcək səyahət planlarınıza fərqli istiqamətlər əlavə etmək istədik. Gəlin görək hansı muzeylər sizi daha çox cəlb edəcək?

Yura Geoloji Dövrü Texnologiya Muzeyi (Kaliforniya, ABŞ)


Bu muzey ABŞ-ın Kaliforniya ştatında yerləşən ən qəribə və maraqlı muzeylərdən biridir.

150 milyon il əvvəl başa çatan Yura dövrünün texnoloji tərəflərini nümayiş etdirən maketlər və qalıqlarla dolu olan bu muzey sizi zaman içində səyahətə çıxaracaq.

Burada gəzərkən xəyal gücünüz sizi tarixin əvvəlinə aparacaq.

İngiltərə Çəmən Biçmə Maşınları Muzeyi (Lankşir qraflığı, Birləşmiş Krallıq)


“Belə muzey olar?” deməyin!

İngilislərin çox qədim dövrlərdən bu günə qədər istifadə etdiyi çim biçmə maşınlarını görəndə fikriniz dəyişəcək.

400-dən çox qədim və eksperimental çim biçmə maşını burada sərgilənir.

Hətta Viktoriya dövrünə aid olanlar da var.

Lankşirə yolunuz düşərsə, muzeyi ziyarət etməyi unutmayın.

Kansas Dəmir Tikan Muzeyi (ABŞ)


Ən fərqli muzeylərdən biri də budur.

1870-ci illərdən nümunələrin yer aldığı muzeydə 2000-dən çox müxtəlif dəmir tikan növü sərgilənir.

Sadəcə tikana baxmaq üçün yox, həm də Kanzas ştatının ABŞ-a töhfələri haqqında da maraqlı məlumatlar əldə edəcəksiniz.

Glore Psixiatriya Muzeyi (Missuri, ABŞ)

Maraqlı siyahı daha bir cəlbedici muzey var.

Tibbi sahədə işləməyiniz vacib deyil – bu muzeyə girən hər kəs çox qəribə və təsirli məlumatlarla tanış olur.

Orta əsrlərdən bu günə qədər tətbiq olunmuş psixiatrik müalicə üsulları burada nümayiş etdirilir.

Sulabh Tualet Muzeyi (Yeni Dehli, Hindistan)

Bu muzeyi Hindistanın tanınmış vətəndaş cəmiyyəti fəalı Dr. Bindeşvar Patak bu muzeyi qurub.

Tualetin inkişafı və hətta bu mövzuda edilən zarafatlar belə burada sərgilənir.

Mutter Kəllə Muzeyi (Filadelfiya, ABŞ)


ABŞ-da yerləşən bu muzey insan anatomiyası və kəllələrə həsr olunub.

Başından buynuz çıxan qadının mum fiquru daxil olmaqla yüzlərlə qəribə və elmi maraqlı nümunə burada təqdim olunur.

Amsterdam İşgəncə Muzeyi (Niderland)

Taxta divarlar, dar dəhlizlər və işıq…

Amsterdamdakı bu muzeydə orta əsrlərdə istifadə olunan işgəncə alətləri sərgilənir.

Gilyotin və digər vəhşi alətlər insanın amansızlığını və qəddarlığı göz önünə sərir...

Praqa İşgəncə Muzeyi (Çexiya)

Amsterdamdakı muzeyin oxşarı olan bu muzey də orta əsrlərə aid işgəncə alətlərini sərgiləyir.

Əgər yolunuz Praqaya düşərsə, bu muzeyə mütləq baş çəkin.

Cadugərlik Muzeyi (Boscastle, İngiltərə)


İngiltərənin Kornuoll bölgəsində yerləşən bu muzey cadugərliyə və cadugərliyin tarixinə həsr olunub.

Burada caduların əfsanəvi təsvirləri sərgilənir və onların mifik deyil, tarixi bir dinin təmsilçiləri olduğunu öyrənirsiniz.

Burada əllə hazırlanmış minlərlə mistik əşya da nümayiş etdirilir.

Cənazə Arabaları Muzeyi (Barselona, İspaniya)


Barselonada yerləşən bu muzeydə XVIII əsrdən bu günə qədər olan müxtəlif cənazə arabalarını görmək mümkündür.

Kuklalarla bəzədilmiş arabalar dövrün geyimlərini əks etdirir və unikal vizual təcrübə yaradır.

Ərafdakı Müqəddəs Ruhlar Muzeyi (Roma, İtaliya)

Roma Katolikliyinə həsr olunmuş bu muzey, Tiber çayının sahilindəki "Sacro Cuore del Suffragio" kilsəsində yerləşir.

Buradakı obyektlər ərafda əziyyət çəkən ruhların dünyaya verdiyi işarələr kimi qəbul edilir.

Ramen Muzeyi (Yokohama, Yaponiya)

Yapon mətbəxinin ayrılmaz hissəsi olan əriştəyə həsr edilmiş bu muzeydə müxtəlif ramen növlərini dadmaq mümkündür.

1958-ci ildən bu günə qədər məşhur olan bu yemək üçün belə bir muzeyin yaradılması təsadüfi deyil.

Almaniya Çörək Muzeyi (Ulm, Almaniya)

Alman çörəyi və şirniyyatları dünyaca məşhurdur.

Bu muzeydə 18000-ə yaxın çörəklə bağlı sənət əsəri və eksponat nümayiş olunur.

Daş dövrünə aid simvolik sobalardan tutmuş, 6000 illik çörək tarixinə qədər hər şey burada mövcuddur.

Barselona Ətir Muzeyi (İspaniya)

Barselonanın "Passeiq de Grasi"a küçəsində yerləşən bu muzeyə daxil olmaq üçün bir parfümeriya dükanının içindən keçmək lazımdır.

Osmanlı və Roma dövrlərinə aid parfüm qablarından tutmuş, Avropa tarixində istifadə olunmuş ətirlərə qədər yüzlərlə nümunə burada sərgilənir.

Şerlok Holms Muzeyi (London, İngiltərə)

Londonda yerləşən bu muzey sizi dedektiv dünyasına aparacaq.

Hər nə qədər Şerlok Holms real şəxs olmasa da, bu muzeyin atmosferi sizi inandıracaq.

Burada onun sadiq dostu Dr. Vatsonla birlikdə əyləşdiyinizi təsəvvür edə, öz dedektiv hekayənizi qura bilərsiniz.

Hətta yaxınlıqda onun ev sahibəsi xanım Hadsonun restoranı və hədiyyə dükanı da var.

Bu muzeylərin hər biri bir ölkənin mədəniyyətini, tarixini və bəzən də insan zehninin sərhədlərini tanıtmaq üçün möhtəşəm fürsətlərdir.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər