Dünya bayraqları haqqında bilmədiklərimiz - Maraqlı faktlar

Dünya bayraqları haqqında bilmədiklərimiz - Maraqlı faktlar
9 noyabr 2025
# 15:00

9 Noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Kulis.az bu münasibətlə dünya bayraqları haqqında materialı təqdim edir.


Bayraqlar insanlığın tarixini özündə daşıyan simvollardır. Hər bir rəng, hər bir xətt xalqın keçdiyi yollardan, mübarizəsindən, arzularından xəbər verir.

Əgər dillər xalqların nitqidirsə, bayraqlar da onların səssiz söhbətidir. Hər dalğalanan bayraq bir hekayə danışır.

Bayraqlarda ən çox istifadə olunan üç rəng - qırmızı, ağ və mavidir. Bunlar təsadüfi deyil. Qırmızı cəsarət və mübarizə, ağ sülh və saflıq, mavi isə səma və azadlıq mənasına gəlir. Bu üç rəngə demək olar ki, hər qitədə rast gəlinir.

Türkiyə bayrağındakı qırmızı qanı və mübarizəni, Yaponiya bayrağındakı qırmızı isə günəşi təmsil edir.

Fransa bayrağının mavi, ağ və qırmızı zolaqları “azadlıq, bərabərlik, qardaşlıq” şüarının simvoluna çevrilib.

Maraqlıdır ki, eyni rənglər ABŞ, Böyük Britaniya, Hollandiya Rusiya bayraqlarında da var, amma hər biri fərqli mənalarla.



Bəzən bayraqdakı bir rəngin tonu belə millətin xarakterini göstərir.

Qətər bayrağındakı bənövşəyi-qəhvəyi ton (rəngin rəsmi adı maroon-red.) həmin xalq isti iqlimə dözümlü olduğu üçün seçilib.

Ən uzun nisbətli bayraq da Qətərə məxsusdur. Onun eni ilə uzunluğu arasında nisbət 11:28-dir.



Ən qədim bayraqlardan biri Danimarkaya məxsusdur.

Rəvayətə görə, 1219-cu ildə Livoniya döyüşü zamanı səma yarılıb və bu bayraq göydən yerə düşüb.

Danimarkalı əsgərlər bunu Tanrının işarəsi sayıb və həmin bayraqla qələbə qazanıblar.

O gündən bəri indiyədək “Dannebrog” dünyada ən uzunömürlü dövlət bayrağı hesab olunur. Təxminən, 800 ildir dalğalanır.

***

Dünya o qədər böyükdür ki, bəzən təsadüflərlə qarşılaşırıq.

Məsələn, Rumıniya Çad bayraqları demək olar ki, eynidir.

Hətta Çad bir vaxtlar BMT-yə müraciət etmişdi ki, “bizimlə eyni bayraqdan istifadə edirlər.”

BMT cavab vermişdi: “Bayraqların ruhu rənglərdən daha dərin məsələdir”.

Eynilə İndoneziya Monako bayraqları da bir-birinin demək olar ki, surətidir. Yalnız ölçüləri fərqlidir.



Bəzən bayraqların forması da fərqli ola bilər. Məsələn, Nepal dünyanın yeganə qeyri-düzbucaqlı bayrağına malik dövlətdir.

İki üçbucaqdan ibarət bu forma Himalay dağlarını və ölkənin iki əsas dinini – hinduizm və buddizmi simvolizə edir.

İsveçrə Vatikan isə kvadrat formalı bayrağa malik yeganə iki dövlətdir.



Bayraqlarda hər simvolun mənası var. Mozambik bayrağında AK-47 avtomatı təsir olunur.

Bu azadlıq uğrunda mübarizənin simvoludur. Gvatemala bayrağında isə tüfənglər var, amma onlar qorxunun deyil, sülhün keşikçiləridir.



Dini simvollar da tez-tez rast gəlinir. Pakistan bayrağında aypara və ulduz İslamı, İsrail bayrağında Davud ulduzu Yəhudi dinini, İran bayrağında “Allah” sözü inamı təmsil edir.

***

Ulduzlar isə ümumiyyətlə, bayraqların “sevimli” simvoludur.

ABŞ bayrağındakı 50 ulduz ştatları, Braziliya bayrağındakı 27 ulduz isə həm ştatları, həm də səmanın real görünüşünü göstərir.

Həmin ulduzlar 1889-cu ilin noyabrında Braziliya səmasındakı ulduzların astronomik düzülüşüdür.

Bəzən bir bayrağın vəziyyəti belə bir ölkənin durumunu bildirir.



Məsələn, Filippin bayrağı əgər müharibə zamanı dalğalanırsa, qırmızı zolaq yuxarıda olur. Bu, dünyada “müharibə rejimi”ni bildirən yeganə rəsmi bayraqdır.

***

Bəzi ölkələrdə isə bayrağa münasibət qanunla qorunur. Türkiyə, Sinqapur, İran BƏƏ kimi ölkələrdə bayrağa hörmətsizlik cəzalandırılır.

ABŞ-da isə bayraq qanunla qorunmur, amma mənəvi baxımdan müqəddəs sayılır. Onu yerə salmaq, zədələmək və ya səhv istiqamətdə asmaq böyük hörmətsizlik sayılır.



Bəşəriyyətin ən unudulmaz anlarından biri 1969-cu ildə baş verib – Ayda ilk dəfə bir bayraq dalğalandı. Nil Armstronq və Buz Aldrin oraya ABŞ bayrağını sancdılar.

İnsanlıq tarixində ilk dəfə bayraq planetin hüdudlarını aşıb.

Bu bayraq hələ də Ay səthindədir, baxmayaraq ki, günəş şüaları artıq rənglərini soldurub.

***

Bəzən tarix dəyişdikcə bayraqlar da dəyişir. Kanada bir vaxtlar Britaniya bayrağının elementlərini daşıyırdı, indi isə sadə, lakin unikal ağcaqayın yarpağı ilə tanınır.

Liviya 1977–2011-ci illər arasında təkcə yaşıl parça ilə təmsil olunurdu. Dünyada təktonlu bayrağa malik yeganə ölkə idi.

Almaniya Yaponiya isə İkinci Dünya müharibəsindən sonra militarist simvolları çıxararaq yeni başlanğıc rəmzlərini qəbul etdilər.

Bu dəyişikliklər göstərir ki, bayraq təkcə keçmişin yox, həm də gələcəyin simvoludur.

Bayraqlar bəzən milli kimlik vasitəsinə də çevrilir. Bir idmançı qələbədən sonra boynuna bayrağını salır, bir əsgər onu sinəsində daşıyır, bir uşaq onu qürurla rəngləyir.

Bayraq xalqın ortaq ruhudur. Hər kəsin dilində, dinində, dərisində fərq ola bilər, amma bayraq qarşısında hamı bərabər dayanır.



Norveçdə hər evdə bayraq dirəyi var. Milli günlərdə insanlar evlərinin qarşısında bayraq qaldırır. Bu, vətən sevgisinin ən sadə və ən səmimi göstəricisidir.


Amma bütün bu maraqlı bayraqlar arasında bizim üçün ən doğma, ən mənalı və ən qürurlu olanı, əlbəttə, Azərbaycan bayrağıdır. O, ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib. SSRİ dövründə üçrəngli bayrağımız ləğv olundu, onu qırmızı Sovet Azərbaycanı bayrağı əvəzlədi. Üçrəngli bayrağımız 1991-ci il 5 fevralda yenidən müstəqil Azərbaycanın dövlət rəmzi kimi bərpa olunub.

Bayrağımız üç bərabər enli üfüqi zolaqdan ibarətdir: Göy türk kimliyini və xalqın mənşəyini, qırmızı müasirlik, tərəqqi, azadlıq və demokratiyanı, yaşıl İslam mədəniyyətinə və mənəvi dəyərlərə bağlılığı ifadə edir. Bu konsepsiyanı ilk dəfə Əli bəy Hüseynzadə irəli sürüb (“Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideyası əsasında). Məhəmməd Əmin Rəsulzadə isə ideyanı dövlət simvoluna çevirərək, tarixi şəkildə “Bir kərə yüksələn bayraq bir daha enməz!” ifadəsini işlədib.

Bugün dünyanın hər yerində - idman arenalarında, sülh missiyalarında, diaspor tədbirlərində və hər bir azərbaycanlının ürəyində üçrəngli möhtəşəm bayrağımız dalğalanır.

# 348 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər