“Dostoyevksi düzgün yanaşma tapmağa yardımçı olur...” – Cənubi Koreyalı moda eksperti

“Dostoyevksi düzgün yanaşma tapmağa yardımçı olur...” – Cənubi Koreyalı moda eksperti
8 iyul 2025
# 14:30

“Rus yazıçısı Dostoyevskinin yaradıcılığı humanist dünyagörüşünün formalaşmasına kömək edir və biznes adamına kommersiya işlərində düzgün yanaşma tapmağa yardımçı olur.”

Kulis.az xəbər verir ki, bu fikirləri Cənubi Koreyalı sahibkar, moda eksperti Kim Çon A deyib.

Onun sözlərinə görə, rus yazıçısının kitabları dəyişkən dəb dünyasının parıltılı vitrini arxasında insanlıq başlanğıcını görməyə imkan verir, burada insanları tez-tez yalnız görünüşə görə qiymətləndirirlər.

Cənubi Koreyada Dostoyevskinin “Karamazov qardaşları” əsərinin yeni nəşri işıq üzü görüb. Bu əsərin müasir koreya dilinə tərcüməsini Kim Çon A həyata keçirib.

Qeyd edək ki, o, “Cinayət və cəza”, “Cinlər” və “İdiot” romanlarını da tərcümə edib ki, bu da Cənubi Koreya üçün nadir hal sayılır.

# 178 dəfə oxunub

Müəllifin son yazıları

# # #