Dinozavrları "dirildənlər": Paleo-rəssamlıq nədir?

Dinozavrları "dirildənlər": Paleo-rəssamlıq nədir?
12 iyun 2026
# 11:00

Devon qraflığından olan paleo-rəssamlar (qədim dövr rəssamları) ərsəyə gətirdikləri sənət əsərləri ilə gənclərdə yeni kəşf edilmiş dinozavrlara və İngiltərənin cənub-qərbindəki məşhur Yura dövrü sahillərinə maraq oyatmağı hədəfləyirlər.

Kulis.az-ın məlumatına görə, paleo-sənət elm ilə yaradıcılığı sintez edərək tarixdən əvvəlki məxluqların rəsmlərini və ya heykəllərini yenidən yaratmaq sənətidir.

Sümüklər və fosillər üzərində aparılan elmi araşdırmalardan yararlanan rəssam Aleks Pritçard dünyanın müxtəlif muzeyləri üçün dinozavr skeletlərini yenidən quraşdırıb. O, hazırda öz doğma şəhəri Torkidə yerləşən Kents Kevern mağarasında şəxsi sərgisini keçirir.

Nyuton Poppleford şəhərindən olan digər rəssam Li Braun isə yırtıcı dinozavrlara həsr etdiyi sulu boya rəsmləri ilə diqqət çəkir. Onun əsərləri bu həftəsonu Laym Recisdə keçiriləcək Fosil Festivalında digər 17 rəssamın işi ilə birlikdə nümayiş etdiriləcək.

A man in a blue denim jacket sits on a wall with the sea and Golden Cap in the background. He's got a wooden drawing board on his lap and is painting a water colour picture of a dinosaur/

Festivalı təşkil edən Laym Recis Muzeyindən bildirilib ki, son illərdə paleo-sənətə maraq xeyli artıb. Bu səbəbdən builki tədbirdə ölkənin hər yerindən gələn paleo-rəssamların mühazirələrinə, ustad dərslərinə və nümayişlərinə daha geniş yer ayrılıb. Muzeyin direktoru Bricet Hauzaqo bu sənətin əhəmiyyətini belə vurğulayıb:

"Paleo-sənət Yura dövrü dünyasının necə göründüyünü anlamaq üçün son dərəcə vacibdir. Elm inkişaf etdikcə və tarixlə bağlı biliklərimiz artdıqca, bu təsvirlər də təkamül edir və dəyişir".

Sərgidə karyerasına yeni başlayan rəssamlarla yanaşı, Bob Nikolls kimi tanınmış ustalar da iştirak edir. Li Braun dinozavrları rəngli karandaşlar və sulu boya ilə çəkir, onların dəri toxumasını, pulcuqlarını və lələklərini elmi faktlara əsaslanaraq təsvir edir. Yırtıcı dinozavrların ağzıaçıq, qorxunc şəkildə təsvir edildiyi klassik şablonlardan qaçmağa çalışan rəssam öz rəsmlərində onlara fərdi xarakter və şəxsiyyət qazandırmağı hədəfləyir.

Li Braun qeyd edir ki, hər bir tapıntı heyvanın öldüyü anın, ilin fəslinin, cinsinin və yaşının anlıq mənzərəsidir:

"Eyni canlı bir il sonra tamamilə fərqli görünə bilərdi. Ona görə də bilmək lazımdır ki, tək bir rəsm heç vaxt mütləq dəqiqliyi əks etdirə bilməz. Həyat ölçüsündə dinozavrlar çəkmək mənə onların real miqyasını təsəvvür etməyə kömək edir. Məsələn, öz-özümə düşünürəm: görəsən, bir Albertozavrın başı nə qədər böyük olub? Sonra onu çəkirəm və görürəm ki, bəli, sən demə bu boyda imiş!"

Lee Brown A vibrant watercolour painting of a dinosaur with brown skin and stripes across its mouth stares out of the canvas. But it is not threatening. It is posed in a calm and thoughtful way.

Karyerasına oyuncaq istehsalçısı üçün dinozavr fiqurları dizayn etməklə başlayan Aleks Pritçardın hazırda muzeylər üçün hazırladığı real ölçülü, elmi cəhətdən dəqiq skelet modelləri tamam fərqli miqyasdadır. Rəssamın sərgi üçün hazırladığı 10 metr hündürlüyündə və 3 metr uzunluğundakı Allozavr skeletini yığmaq tam 12 saat vaxt aparıb.

O, Torkinin Kokinqton bölgəsindəki emalatxanasında fəaliyyət göstərən özəl şirkətini idarə edir və bu replika heykəlləri Yaponiya, Kanada və Avstraliya muzeyləri daxil olmaqla dünyanın dörd bir yanındakı kolleksionerlərə satır. Skeletlərin real görünməsi üçün o, 3D printerlər, qatran tökmə və gildən ənənəvi heykəltəraşlıq üsullarından istifadə edir. Hər bir sümük kompüterdə planlaşdırılır və muzeydə nəhəng üçölçülü tapmaca kimi birləşdirilir.

Rəssam işinin çətinliyini belə izah edir:

"Detallara qarşı çox diqqətli olmalısınız. Bütün sümüklərin nömrələndiyindən əmin olmaq lazımdır. Əgər bircə qutu sümük belə səhv yerə düşsə, bütün fəqərələrin sırasını yenidən qurmalı olursunuz".

A man in a khaki shirt smiles at the camera. He has brown hair and a small beard. Behind him stands the skeleton of an Allosaurus.

Aleks Pritçard indiyə qədər işlədiyi ən həyəcanlı layihələrin yeni kəşf edilən Bertazaura Leopoldina və Şri Rapaks növləri olduğunu bildirib:

"Onlar dünyada ilk dəfə məhz bizim tərəfimizdən yenidən qurulan iki dinozavr növüdür. Onların kəşfi elan olunanda mövcud elmi məlumatları araşdırdıq və onları 3D formatında yaratmaq, insanların bu canlıları tarixdə ilk dəfə görməsini təmin etmək inanılmaz bir hiss idi".

Two replica skeletons sit in alcoves in Kents Cavern lit by atmospheric red light.

Uşaqlıqda dinozavrları görmək üçün Londona getmək məcburiyyətində qaldığını deyən sənətçi yerli ailələrin bu möcüzəni uzağa səfər etmədən öz şəhərlərində görmələrini istədiyini vurğulayıb.

Qeyd edək ki, Kents Kevern mağarasındakı "Dinozavrlar dövrü" sərgisi oktyabrın 31-nə qədər davam edəcək. Laym Recis Fosil Festivalı isə iyunun 13-14-də şəhərin müxtəlif məkanlarında qonaqları qəbul edəcək.

A tiny skeleton of a dinosaur with no teeth is shown behind. black background

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər