Çilidə Moai heykəlləri təhlükə ilə üzləşdi

Çilidə Moai heykəlləri təhlükə ilə üzləşdi
21 avqust 2025
# 16:50

"Journal of Cultural Heritage" jurnalında dərc olunan yeni araşdırmaya görə, 2080-ci ilə qədər dəniz səviyyəsinin qalxması Çilinin Rapa Nui Milli Parkına təsir göstərəcək.

Kulis.az xəbər verir ki, sahil daşqınları oradakı ən azı 51 mədəni əhəmiyyətli abidəni, o cümlədən məşhur Moai heykəllərini də təhdid edir.

Qeyd edək ki, bu heykəllər 500 ildən çox əvvəl yerli Polineziya tayfası tərəfindən yaradılıb və adada vulkanik tufdan yonulmuş təxminən 1000 ədəd Moai heykəli var.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər