“Cəngi” estrada folklor ansamblı Vyanada

“Cəngi”  estrada folklor ansamblı Vyanada
5 iyun 2025
# 11:55

Avstriyanın paytaxtı Vyanada yerləşən “MuTh” konsert salonunda “Cəngi” estrada folklor ansamblının “Alov ritmləri” adlı möhtəşəm konsert proqramı keçirilib.

Kulis.az xəbər verir ki, Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyət və media nümayəndələri, Avstriyada yaşayan soydaşlarımız və musiqisevərlər iştirak ediblər.

Əvvəlcə tamaşaçılara bu əlamətdar gün ərəfəsində keçirilən konsert barədə məlumat verilib, şəhərin ən müasir konsert salonlarından biri olan və Vyana Oğlanlar Xorunun mütəmadi çıxış etdiyi “MuTh“ konsert salonunda ilk dəfə Azərbaycan musiqisinin səslənməsindən məmnunluq ifadə edilib.

Bədii hissədə Azərbaycan Respublikasının Xalq artisti, tarzən və ud ifaçısı Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada folklor ansamblı konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, ansamblın təqdim etdiyi rəngarəng və zəngin repertuar izləyicilərə dərin təsir bağışlayıb, tamaşaçılar Azərbaycan ruhunu daşıyan bu unikal caz musiqisindən böyük zövq alıblar.

# 124 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #