“Baxın kölgəsində” konsert proqramı təqdim olundu

“Baxın kölgəsində”  konsert proqramı təqdim olundu
13 fevral 2026
# 16:03

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Baxın kölgəsində” adlı möhtəşəm konsert proqramı təqdim olunub.

Kulis.az xəbər verir ki, dirijor Əyyub Quliyevin rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər İrina Bısova (faqot) və Alim Sadıxov (qoboy) dinləyicilər qarşısında çıxış ediblər.

Proqram Barokko dövründən XX əsrədək uzanan musiqi xəttində, böyük alman bəstəkarı İohann Sebastyan Baxın yaradıcılığına və onun musiqi irsinin müxtəlif dövrlərdə necə əks-səda tapmasına həsr olunub.

Konsertdə Baxın 2 nömrəli Simfoniyası (Es-dur, op.9), faqot və orkestr üçün konserti (Es-dur), eləcə də A.Marcellonun Qoboy və orkestr üçün konserti (d-moll) səsləndirilib.

Proqramın növbəti hissəsində XX əsr musiqisinin baxış bucağı təqdim olunub.

“Baxın kölgəsində” adlı konsert proqramı müxtəlif dövrlərin musiqisini bir səhnədə birləşdirərək, böyük ustadın irsinin zaman və məkan sərhədlərini aşan təsirini bir daha nümayiş etdirib.

# 54 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər