Azərbaycan əsilli yazıçı vəfat etdi

Azərbaycan əsilli yazıçı vəfat etdi
15 iyul 2025
# 18:20

Azərbaycan əsilli məşhur türk yazıçı Pınar Kür vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Yekta Kopan X hesabında məlumat yayıb:

"Pınar Kürlə vidalaşdıq. Ədəbiyyatımız üçün böyük itki... Başsağlığı veririk. Başda oğlu Emrah Kolukısa olmaqla bütün ailə dərin kədər içindədir. Ailə dəfn mərasimi ilə bağlı məlumat paylaşacaq".

Qeyd edək ki, yazıçının atası Behram Kür Sovet inqilabı zamanı ataları öləndən sonra qardaşı ilə Türkiyəyə qaçıb. O, Türkiyədə fransız dili və riyaziyyat dərslərini tədris edib.

# 301 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #