Ancelina Coli və Halle Berri eyni filmdə rol alacaqlar

Ancelina Coli və Halle Berri eyni filmdə rol alacaqlar
19 aprel 2023
# 16:30

Aktrisalar Ancelina Coli və Halle Berri "Maude v Maude" adlı qarşıdan gələn filmdə baş rolda rol alacaq və prodüserlik edəcəklər.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Filmin süjetinin təfərrüatları hələ gizli saxlanılır. Layihədə Demian Bichir və Salma Hayek rol alacaqlar. Coli və Berri əvvəllər heç vaxt eyni setdə işləməyiblər.

2022-ci ildə Coli Alessandro Barikkonun eyniadlı romanının uyğunlaşdırılması olan "Qansız" filminin rejissoru kimi çıxış edib.

# 748 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #