Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı
23 sentyabr 2026
# 16:30

Avqustun 16-da vəfat edən 36 yaşlı amerikalı aktrisa Heyden Paneterin ölüm səbəbi açıqlanıb.

Kulis.az xəbər verir ki, Cənubi Karolina məhkəmə-tibbi ekspertizasının hesabatında aktrisanın ölümünə sakitləşdirici preparatların toksik təsirinin səbəb olduğu bildirilib.

Polis araşdırmasına görə, sənətçinin mənzilindən tərkibində fentanil olan həblər və toz maddələr tapılıb.

Uşaq yaşlarından aktrisalıqla məşğul olan Paneter uzun illər depressiya və alkoqol asılılığı ilə mübarizə aparıb.

Qeyd edək ki, faktla bağlı istintaq davam edir.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər