ABBA-nın üzvü vəfat etdi

ABBA-nın üzvü vəfat etdi
16 iyun 2026
# 10:20

Dünyaca məşhur pop qrupu ABBA-nın pərəstişkarları arasında sevgi ilə "beşinci üzv" adlandırılan uzunmüddətli meneceri Görel Hanser 76 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə isveçli ulduzlar öz instaqram hesablarından məlumat yayıblar.

Qrup üzvləri yaxın həmkarlarının ölüm xəbərini paylaşaraq bu itkini "ölçüyəgəlməz" adlandırıblar.

"Ən sevimli dostumuzu itirdik..."

ABBA qrupunun yaydığı rəsmi açıqlamada bu fikirlər yer alıb:

"Görel Hanserin vəfatını ən dərin kədər hissi ilə bildiririk. Biz ən sevimli dostumuzu və ən yaxın həmkarımızı itirdik. Bu itki ölçüyəgəlməzdir. Sizdən bu kədərli dövrdə şəxsi həyatımızın toxunulmazlığına hörmətlə yanaşmağınızı xahiş edirik".

# 98 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər