80-ci Venesiya Film Festivalının başlanğıc filmi bəlli oldu

80-ci Venesiya Film Festivalının başlanğıc filmi bəlli oldu
8 iyul 2023
# 13:20

80-ci Venesiya Film Festivalı avqustun 30-da baş tutacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 9 sentyabra qədər davam edəcək festival “Call Me Your Name”, “Suspiria” və “Bones and All” filmlərinin rejissoru Luca Guadagninonun yeni filmi "Challengers"in nümayişi ilə başlayacaq.

Zendaya, Josh O'Connor və Mile Faistin rol aldığı film tennis turnirində çempion olmaq üçün mübarizə aparan üç tennisçinin hekayəsindən bəhs edir. Film sentyabrın 15-də kinoteatrlarda nümayiş etdiriləcək.

Fransız rejissor Alice Diop münsiflər heyətinə rəhbərlik edəcək. Diop "Saint Omer" filminə görə Venesiya Film Festivalında Gümüş Aslan mükafatını qazanıb.

Qeyd edək ki, Keçən il festivalda İtalyan rejissor Luka Quadaqnino “Ən yaxşı rejissor” mükafatını qazanıb.

Venedik Film Festivali'nin açılış filmi belli oldu - 1

# 567 dəfə oxunub

Müəllifin son yazıları

# # #