"Xocalı fəryadı" kompozisiyası təqdim olunacaq

"Xocalı fəryadı" kompozisiyası təqdim olunacaq
26 fevral 2021
# 12:37

Heydər Əliyev Sarayı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı fəryadı” ədəbi-bədii musiqili kompozisiyası hazırlayıb.

Saraydan Kulis.az-a verilən məlumata görə, Xocalı soyqırımı gerçəklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi nəzərə alınaraq, layihə ingilis dilində (azərbaycan dilində subtitrlə müşayiətlə) hazırlanıb. “Xocalı fəryadı” layihəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq artisti Murad Hüseynov (piano), Coşqun Qadaşov (piano), Hüseyn Nağıyev (kamança), Pərviz Əlikramoğlu (balaban), Orxan Hüseynov (violonçel), Sevinc Əliyeva (rəssam-ebru sənəti), Həsən Ələkbərov (Xocalı sakini), Əminə Şahmuradova (uşaq aktyor) və Aytac Bağırlı (hekayəçi) iştirak ediblər.

Bu gündən etibarən “Xocalı fəryadı” ədəbi-bədii musiqili kompozisiya Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

# 1718 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #