“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata

“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
28 iyul 2021
# 10:40

“Fəryad 2” filminin kütləvi səhnələrinin çəkilişi üçün 40-65 yaş arası kişilər axtarılır.

Kulis.az xəbər verir ki, bu haqda kastinq şirkəti sosial media hesabından məlumat paylaşıb.

Məlumatda deyilir:

“Ümumilikdə 900 nəfərə ehtiyac var. Onlardan 500-600 nəfəri bəy, digərləri xanımdır. Bunun üçün iştirak edən şəxslərə 8 saat ərzində 15 manat ödəniş olacaq. 8 saat tamam olduqdan sonra hər saata görə əlavə olaraq 1 manat ödəniləcək. İştirakçıların qidası sifarişçi şirkət tərəfindən təmin olunacaq. Burada heç kim iştirakçıdan hansısa ödəniş tələb edə bilməz”.

Xatırladaq ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunur.

# 2245 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #