Venesiya Film Festivalının proqramı açıqlandı

Venesiya Film Festivalının proqramı açıqlandı
24 iyul 2026
# 11:00

83-cü Venesiya Beynəlxalq Film Festivalının proqramı açıqlanıb.

Kulis.az xəbər verir ki, sentyabrın 2-dən 12-dək keçiriləcək festivalın təşkilatçıları rəsmi siyahını elan ediblər.

Proqramda Martin Makdonanın "Wild Horse Nine", Lens Oppenhaymın "Primetime" filmləri ilə yanaşı, "Oasis" qrupunun bərpasından bəhs edən "Don’t Look Back in Anger" sənədli filmi də yer alıb.

Əsas müsabiqədə Pol Şreder, Verner Herzoq və Florian Zeller kimi rejissorlar "Qızıl Şir" uğrunda mübarizə aparacaqlar.

Əsas müsabiqədə yarışacaq filmlərin siyahısı:

“Ink” — Denni Boyl (Açılış filmi)

“Company” — Keysi Afflek

“Kami Nour” (“A Bit of Light”) — Əli Əsgəri

“Ritorno a Buenos Aires” — Marko Bekis

“Un Bon Petit Soldat” — Stefan Brize

“Il Fuoco Che Ti Porti Dentro” — Edoardo De Angelis

“Kvinde Ukendt” (“Woman Unknown”) — May Əl-Tuxi

“Bucking Fastard” — Verner Hertsog

“15/18 (A Place to Heal)” — Sedrik Kan

“Dau” — İlya Xrzanovski

“Look Back” — Hirokazu Kore-eda

“Ga-Neung-Han Sa-Rang” — Li Çan-don

“Wild Horse Nine” — Martin Makdona

“It Will Happen Tonight” — Nanni Moretti

“Primetime” — Lens Oppenhaym

“The Echo Chamber” — Andrea Pallaoro

“Un Peu Avant Minuit” (“A Bit Before Midnight”) — Nikola Parize

“L’Estranea” — Paolo Strippoli

“Mr. Nelson, Did You Kill People?” — Şinya Tsukamoto

“Bunker” — Florian Zeller

Qeyd edək ki, builki festivalda kino tarixinin əfsanəvi simaları Corc Kluni və Ellen Börstinə fəxri mükafatlar təqdim ediləcək.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər