“Tilov” serialının yaradıcı heyəti ilə görüş

“Tilov”  serialının yaradıcı heyəti ilə görüş
2 mart 2026
# 15:40

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) kino zalında “Tilov” serialının yaradıcı heyəti ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə serialın rejissoru Emil Quliyev, ssenaristləri Pərviz Həsənov, Araz Bayramov, operatoru Məhəmməd Osmanov, aktyorlar Yaqut Paşayeva, Mələk Mustafayeva və Amid Qasımov iştirak ediblər.

Serialın yaradıcı heyəti ilə tələbə və gənc kinematoqrafçılarla görüş onların bu sahə ilə bağlı maraqlarını təmin etməyə şərait yaradıb.

Edilən müzakirələr əsasında tələbələrin sualları cavablandırılıb və onlara bu sahə ətrafında istiqamət göstərilib.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər