Nizami Kino Mərkəzində "Tacik Kinosu Günləri"nin bağlanış mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev iki ölkənin kinematoqrafçıları arasında həmişə sıx münasibətlərin olduğunu qeyd edib.
Tacikistan Kinematoqrafçılar İttifaqının sədri Səfər Hakdodov iki qardaş ölkə arasında əməkdaşlığın gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
- Xorvat makiyaj ustası insanları belə heyrətləndirdi – FOTO
 - 42 yaşlı reper əməliyyatdan sonra öldü
 - "Kinoteatrda 90-cı illərin çörək növbəsini yaratdıq" - Müşfiq Şahverdiyev
 
Sonda "Güzgü” filmi nümayiş olunub.